Bir qrup media nümayəndəsi Azərbaycanın NATO yanında Nümayəndəliyində olub

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Azərbaycanın bir qrup media nümayəndəsi ilə görüşüb.

Trend-in Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş Nümayəndəlikdə baş tutub.

 

Bu çərçivədə diplomat media nümayəndələrinə Azərbaycan - NATO tərəfdaşlığı barədə məlumat verib.

Qeyd edək ki, qrupda "Trend" BİA-da İngilisdilli Xəbərlər Xidmətinin müdiri Maryana Əhmədova da yer alıb.