Antiterror tədbirləri hava qüvvələri tərəfindən həyata keçirildi - Fariz Rzayev

Bakı. Trend:

Artan eskalasiya bizi çox narahat edirdi. Azərbaycan lokal antiterror tədbirləri keçirməyə məcbur oldu.

Trend xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Fariz Rzayev xarici işlər nazirliyində keçirilən brifinqdə deyib.

"Antiterror tədbirləri hava qüvvələri tərəfindən həyata keçirildi", -deyə F.Rzayev əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.