Qarabağ ermənilərinin taleyi Azərbaycanın daxili məsələsidir - Elçin Əmirbəyov

Bakı. Trend:

Qarabağ ermənilərinin taleyi Azərbaycanın daxili məsələsidir.

Trend xəbər verir ki, bunu "Sky News Arabia" telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Ermənistanla qarşılıqlı hörmət şüarı altında açıq danışıqlar aparırıq. Ermənilərlə müzakirələr onilliklər boyu davam edən münaqişəyə son qoyacaq sülh sazişi ilə nəticələnə bilər", - deyə əlavə edib.