İki günlük seminarın açılışında AQTA-nın İdarə Heyətinin rəhbəri Elxan Mikayılov, FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev, Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Kalender və FAO-nun Türkiyə Ofisinin Kənd Təsərrüfatı üzrə Mütəxəssisi Fazil Düşüncəli çıxış edib. Seminar zamanı Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin bitki sağlamlığı üzrə mütəxəssisi Hasenem Ertaş, Aqrar Araşdırmalar Baş İdarəsindən Pelin Keleş Öztürk və Ferhan Morca təlim sessiyaları keçirib.
Tədbirin sonunda, iştirakçılar, seminarın və ziyarətlərin Türkiyə və Azərbaycan arasında bitki sağlamlığı və qida təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığa töhfə verəcəyini əminliklə vurğulayıb.
FAO-Türkiyə Tərəfdaşlıq Proqramının məqsədləri qida təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatında yoxsulluğunun azaldılması və davamlı meşə idarəçiliyinə dəstək vermək, səhralaşma ilə mübarizə aparmaq və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla, qarşılıqlı maraq doğuran digər ölkələrdə ekosistemləri qorumaqdır.
2007-ci ildə yaradılmış FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı üzrə Tərəfdaşlıq Proqramının (FTPP) birinci mərhələsi Türkiyə hökumətinin 10 milyon ABŞ dolları məbləğində etimad fondu tərəfindən maliyyələşdirilməklə və Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən icra olunub. 2009-2015-ci illəri əhatə edən proqramın birinci mərhələsi 16 ölkədə 28 layihə həyata keçirib.
2014-cü ildə Türkiyə və FAO FTTP-nin ikinci mərhələsinə və FAO-Türkiyə Meşəçilik Tərəfdaşlıq Proqramının (FTMP) birinci mərhələsinə əlavə olaraq 20 milyon ABŞ dolları məbləğində maliyyə ilə başlamışdır ki, bu da Türkiyənin ümumi töhfəsini 30 milyon ABŞ dollarına çatdırıb.