Türkiyənin Antalya şəhərinin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) pavilyonları təkcə qlobal iqlim siyasətinin deyil, həm də Yer üzünün zəngin mədəni müxtəlifliyinin canlı kəsişmə nöqtəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, minlərlə fərqli sima və yüzlərlə xalqın nümayəndələri burada vahid məqsəd üçün bir araya gəlib. Fotokameranın obyektivinə tuş gələn hər baxışda öz doğma torpağını, təbiətini qorumaq əzmi və gələcəyə dair ortaq bir ümid duyulur. Bu təzadlı, lakin həmrəy çöhrələr iqlim böhranının təkcə rəqəmlərdən ibarət olmadığını, arxasında canlı insan talelərinin dayandığını aydın şəkildə nümayiş etdirir.