Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib

Türkiyənin Elazığ şəhərinin Sivriçe rayonunda 4,4 maqnitudalı zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı təxminən 7 kilometr dərinlikdə yerləşib.

Hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb.