Tovuzda keçmiş şərab zavodunun ərazisində baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Tovuzda zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

10:31

Tovuzda keçmiş Şərab Zavodunun ərazisində baş vermiş yanğın lokallaşdırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq lokallaşdırılıb.

Qeyd edək ki, yanğın nəticəsində tikilinin içərisində olan istifadəyə yararsız çənlər yanıb.

Hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənənlərin olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

09:54

Tovuz rayonunun Qovlar şəhərindəki şərab zavodunda yanğın baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Yanğından Mühafizə hissəsinin və ətraf rayonlardan yanğınsöndürən briqadalar cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Faktla bağlı araşdırma aparılır.