Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

Türkiyənin İsparta şəhərində hərbi helikopter qəzaya uğrayıb.

Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İspartanın Keçiborlu rayonu ərazisində baş verib.

 

Qeyd edilib ki, helikopterin düşdüyü dəqiq yerin hələ müəyyən olunmayıb və axtarış-xilasetmə qruplarının bölgəyə göndərilib.

Qəzada 5 hərbçi şəhid olduğu bildirilib.