Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı (VİDEO)

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Trend xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Aktauda qəzaya uğradığı əraziyə gəliblər.

"Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası təyyarənin qəzaya uğradığı yerə, Aktauya gəlib. Uçuş zamanı təyyarənin yandığı məlum olub. Xilasedicilər yanğını söndürməyə başlayıb. Hazırda ölənlər barədə məlumat dəqiqləşdirilir; ilkin olaraq sağ qalanların olduğu bildirilir", - deyə nazirliyin məlumatında bildirilir.

Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova bildirib ki, qəza ilə əlaqədar Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində operativ qərargah yaradılıb.

"Aktauda baş verən təyyarə qəzasında ən azı altı nəfər sağ qalıb. Sağ qalan şəxslərin vəziyyəti son dərəcə ağırdır".

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin qəzaya uğradığı yerə çatıblar. Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində respublika operativ qərargahı yaradılıb.

AZAL-dan Trend-ə bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

 

"Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir".

Xəbər yenilənəcək