Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Aktauda baş verən təyyarə qəzasından sonra yaranan yanğını tam şəkildə söndürüblər.
AZƏRTAC-ın Qazaxıstan FHN-ə istinadən verdiyi məlumata görə, hazırda hadisə yerində həkimlər fəaliyyət göstərir.
Vəziyyətlə bağlı əlavə məlumat veriləcək.