Aktau yaxınlığında təyyarə qəzasından 28 nəfər sağ çıxıb, 4 nəfər həlak olub - YENİLƏNİB

Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Manqistau vilayətinin Səhiyyə İdarəsindən “Kazinform”a bildirilib ki, hadisə yerində 4 nəfərin cəsədi aşkar edilib.

12:06

Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.

Qazaxıstan FHN məlumatı “Report”un Qazaxıstan bürosuna təsdiqləyib.

Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub.

"Yaralılar haqqında məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22 nəfər xəstəxanaya yerləşdirilib", - qurum bildirir.

Ümumilikdə dispetçer xidməti, qeyri-dövlət yanğınsöndürmə xidməti və polis departamentinin 150 nəfər şəxsi heyəti və 45 texnikası cəlb edilib.

Sərnişinlərin siyahısı dəqiqləşdirilir.