Dubay-Moskva təyyarəsi niyə Bakıya məcburi eniş edib?

Dubay-Moskva reysi ilə uçan təyyarənin Bakıda məcburi eniş etməsinin səbəbi açıqlanıb.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

 

"Dünən axşam Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.

Məcburi enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub", məlumatda deyilir.