Azərbaycanda zəlzələ olub

İsmayıllı rayonunda 3,6 maqnitudada zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 15:11-də qeydə alınıb.

Xəbər yenilənəcək