Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Eyni zamanda, hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.
Bundan əlavə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Əlavə məlumat veriləcək.