Cəbrayılda 80 hektar ərazi yanıb

Gecə saatlarında Cəbrayılda baş verən yanğın zamanı 80 hektar ərazi yanıb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, yanğın rayonun iki kəndi - Aşağı Maralyan və Şükürbəyli ərazisində baş verib.

Hadisə yerinə çağrılan FHN-nin Cəbrayıl, Qubadlı, Zəngilan və Füzuli rayon yanğınsöndürən əməkdaşları yanğını 02:30 radələrində söndürüb.

 

Yanğının başvermə səbəbi araşdırılır.

Qeyd edək ki, dünən Cəbrayıl rayonunda boş ərazidə güclü yanğın başlamışdı.