Ağdərədə insan sümüyünə bənzər skelet fraqmentləri aşkarlandı

Ağdərə rayonunda insan sümüyünə bənzər skelet fraqmentləri aşkar edilib.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, skelet qalıqları Ağdərə rayon Baş Güney kəndi ərazisində aşkarlanıb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.