Türkiyədə zəlzələ baş verib

Türkiyənin şimal-şərqində yerləşən Gümüşhane şəhərində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Zəlzələ yerli vaxtla saat 06:09-da (Bakı vaxtı ilə 07:09) baş verib. Yeraltı təkanların episentri Kelkit rayonunda yerləşib, ocağı isə 5,09 km dərinlikdə olub.

İlkin məlumatlara görə, hadisə nəticəsində dağıntı və ya tələfat qeydə alınmayıb. Yerli qurumlar vəziyyəti nəzarətdə saxlayır.