Ağsuda sel işçilərin sığındığı ekskavatoru aşırdı - Ölən və xəsarət alanlar var

Ağsuda güclü sel ekskavatoru aşırıb.

Trend-in məlumatına görə, hadisə rayonun Kalva kəndində qeydə alınıb.

Belə ki, yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar.

 

Güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Ayətullalayev Pərviz Qəni oğlu hadisə yerində ölüb. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alanlar ekskavatordan çıxarılaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.