Göyçayda 50 yaşlı kişi alça ağacından yıxılaraq ölüb

Göyçayda ağacdan alça yığan şəxs yıxılararaq həyatını itirib.

Trend-in məlumatına görə, hadisə mayın 11-də Göyçay rayonu, Bığır kənd qeydə alınıb.

Belə ki, kənd sakini 22.06.1975-ci il təvəllüdlü Şirinov Müşfiq Kamal oğlu ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılıb və almış olduğu xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.