İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə bildirilib ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib:
Heydər Əliyev Beynəlxalq Aeroportu bu reyslərin qəbulunu sərnişin təhlükəsizliyi, rahatlığı və sürətli logistik koordinasiya prinsiplərinə tam uyğun şəkildə təmin edib.
Qeyd edək ki, Bakı hava limanı regionda etibarlı tranzit və hava nəqliyyatı habı olaraq, regional və qlobal aviasiya marşrutlarının hər cür fövqəladə şəraitdə təhlükəsiz şəkildə yönləndirilməsi üçün tam infrastruktura və operativ imkanlara malikdir.