DİN Bakıda baş verən partlayışla bağlı açıqlama yayıb

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adınabaş kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

 

İlkin məlumata görə, vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.