Qusar-Şahdağ yolunda iki avtomobil toqquşdu - Yaralılar var

Qusar-Şahdağ yolunda biri turistləri daşıyan mikroavtobus olmaqla, iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində nəticəsində 5-i Pakistan vətəndaşı olmaqla, 10 nəfər xəsarət alıb.

Hazırda yaralılara tibbi yardım göstərilir.

 

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəzaya uğrayan avtomobillərdən biri "Chevrolet Cruze"dir.