Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun açıqlamasına əsasən, yeraltı təkanlar Daşkəsən seysmik stansiyasından 31 km cənub-qərbdə, Kəlbəcər rayonu ərazisində baş verib. 3 bal gücündə zəlzələ yerli vaxtla saat 05:07-də baş verib.
Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb və hər hansı dağıntı və ya fəsad qeydə alınmayıb. Hazırda ərazidə seysmik vəziyyət nəzarət altındadır.