İranda güclü zəlzələ olub

Bu gün İranda yerli vaxtla saat 08:36-da İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, zəlzələ Zehkalut şəhəri yaxınlığında 10 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.