İsmayıllıda kişi arı sancmasından ölüb

İsmayıllıda 61 yaşlı kişini arı vuraraq öldürüb.

Bu barədə Trend-ə kənd sakinləri məlumat verib.

Bildirilib ki, Mican kənd sakini, 61 yaşlı Murad Hümmətov yaşadığı evin həyətində dil nahiyəsindən arı sancması nəticəsində dünyasını dəyişib.

Araşdırma aparılır.