“İnsan öz torpağında tank əleyhinə minaya düşərmi? Təsəvvür etmək çətindir, amma mən sağ qaldım, 18 yaşım tamam deyildi, o gündən iztirab dolu həyatım başladı, gəncliyimi və iki ayağımı itirdim”.
Hər iki ayağını və bir gözünü itirən digər mina qurbanı Samir Əlizadənin fotosu isə onun keçirdiyi hissləri dərk etməyə dəvət edir: “Bir addım, iki partlayış…Davamını siz deyin...”. Üst-üstə basdırılmış minalara düşərək ayağını itirən Rəhim Qaraşovun yaşadıqları isə növbəti faciədir: “Minaları üst-üstə basdırmaqla nə etməyə çalışıblar? Bu qədər qəddarlıq niyədir? İş yoldaşımı mina tələsindən xilas edərkən özüm qurbana çevrildim”.
Ziyarətçilər fotoların üzərindəki QR kodlar vasitəsilə Azərbaycanın mina probleminə dair əlavə məlumatlarla da tanış olublar.
“Gilavar” Foto Klubu İctimai Birliyi bu sərgini Avropada davam etdirməyi planlaşdırır.