Çində güclü zəlzələ olub

Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur muxtar bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, zəlzələnin episentri 135 minə yaxın əhalisi olan Tumşuk qəsəbəsindən 141 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin yeraltı ocağı isə 7 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə hələ ki, məlumat daxil olmayıb.