Şamaxı rayonunda zəlzələ qeydə alınıb

Pirqulu stansiyasından 9 kilometr cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 03:07-də baş verib.

 

3 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.