Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.