02.03.2026-cı il tarixində saat 16:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Xankəndi-Şuşa yolundan çağırış qeydə alınıb.
Bu barədə Trend-ə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1999-cu il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentə kəllədaxili travma, döş qəfəsinin əzilməsi, körpücük sümüyünün sınığı, qamış sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilib. Pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün digər tibb müəssisəsinə təxliyə olunub", - qurumdan əlavə olunub.
Qeyd edək ki, hadisə nəticəsində təcili tibbi yardım tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
xxx
11:05
Laçın-Şuşa avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, qəza gecə saatlarında qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə dəyib və nəticədə aşıb.
Hadisə zamanı bir nəfər həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş vermiş fakt üzrə müvafiq qurumlar tərəfindən araşdırma aparılır