İordaniya Silahlı Qüvvələri İranın krallıq ərazisinə endirdiyi növbəti ballistik raket hücumunun qarşını alıb.
Bu barədə krallığın Silahlı Qüvvələrinin Baş komandanlığının rəsmi bəyanatında qeyd olunub.
"Çərşənbə günü səhər saatlarında hava hücumundan müdafiə sistemləri İran tərəfindən ölkə ərazisini hədəf alan beş ballistik raketin yerini müəyyən edərək, məhv edib", – deyə Baş Komandanlığın nümayəndəsinin bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, İordaniyanın hava hücumundan müdafiə qüvvələri "krallığın hava məkanının qorunması üzrə öz vəzifələrini yerinə yetirməyə davam edir və ölkə vətəndaşlarının təhlükəsizliyinə yönələn heç bir təhdidə yol verməyəcək.
Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ-nin hərbi hava bazasına və burada fəaliyyət göstərən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qərargahına ballistik raketlərlə zərbə endirdiyini açıqlamışdı.