İordaniyanın hava hücumlarından müdafiə qüvvələri İrandan krallıq ərazisinə buraxılmış 5 ballistik raketi zərərsizləşdirib.
Bu barədə İordaniya Silahlı Qüvvələrinin Baş komandanlığının rəsmi bəyanatında deyilir.
Ballistik raketlərin səmada vurulmasından sonra yerə düşən dağıntılarının hər hansı can itkisinə səbəb olmadığı bildirilir.
Raket buraxılışlarının ABŞ-nin gecə saatlarında İrana endirdiyi genişmiqyaslı zərbələrə cavab olduğu ehtimal edilir. İordaniyada son həftələr ərzində Tehran tərəfindən dəfələrlə hədəfə alınan ABŞ hərbi bazaları yerləşir.