Azərbaycan – Qırğızıstan İnkişaf Fondu (AQİF) digər inkişaf fondları ilə birgə sazişlər bağlamağı planlaşdırır.
Bu barədə Trend-ə fondan xəbər veriblər.
“Layihələrin birgə maliyyələşdirilməsi və həyata keçirilməsi üzrə qarşıya qoyulmuş məqsəd və tapşırıqlara nail olunması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq AQİF üçün əsas prioritetdir. Bu kontekstdə, biz başqa fondlarla sazişlərin bağlanmasını planlaşdırırıq”,- deyə AQİF-dən bildiriblər
Fondan bildirilib ki, hələ ki, potensial tərəfdaşlarla müzakirələr aparılmayıb.
Əməkdaşlığa misal kimi bu yaxınlarda Rusiya Qırğızıstan İnkişaf Fondu ilə imzalanmış Qırğızıstanda investisiya layihələrinin birgə maliyyələşdirilməsi haqda sazişi göstərmək olar. Bu saziş ölkə üçün həm iqtisadi, həm də strateji əhəmiyyətə malik layihələrin həyata keçirilməsi yolu ilə respublikanın iqtisadiyyatının müasirləşdirilməsinə və inkişafına dəstəyə hədəflənib.
İnvestisiyalar birgə maliyyələşmə çərçivəsində, o cümlədən Qırğızıstanda qeydiyyatdan keçmiş təsərrüfat subyektləri ilə iş üçün kreditləşmə və kapitalda iştirak, həmçinin, başqa maliyyə alətlərindən istifadə yolu həyata keçiriləcək.
Sazişin şərtlərinə müvafiq olaraq, hər bir layihənin maliyyələşməsinə hər fondan azı 1 milyon dollar həcmində vəsait ayrılacaq.
AQİF-dən qeyd edilib ki, hal-hazırda maliyyələşmə üçün layihələrin seçimi müzakirə olunur. Bunun üçün hər bir layihənin, o cümlədən onun həyat qabiliyyəti və potensial təsirlərinin təfsilatlı təhlili aparılır.
Fondan əlavə edilib ki, AQİF və RQİF və digər anoloji fondlarının nizamnamələrində iqtisadiyyatın prioritet sahələri göstərilib və layihələr məhz bu sahələrə hədəflənməlidirlər.
Bundan başqa, layihələr ölkə üçün əhəmiyyətli sosial-iqtisadi təsirə malik olmalı və maliyyə baxımından cəlbedici olmalıdır.
Böyük layihələrin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edərkən, əlaqəli bizneslərin inkişafına təsir də vacib amil hesab olunur. Məsələn, layihə istehsal zəncirinin əsas elementi olduqda və ya və ya idxalı əvəzləməyə yönəldikdə.
AQİF-dən qeyd edilib ki, iki fondun əməkdaşlığının əsas üstünlüklərindən biri də investisiya layihələrinin birgə maliyyələşədirilməsi imkanıdır. Bu hər bir tərəf üçün risklərin azaldılmasına kömək edir.
“Hər bir investisiya layihəsi maliyyələşmə haqqında qərarın qəbulundan əvvəl ciddi ekspert təhlilindən keçməlidir”,- deyə AQİF-dən bildirilib.
Bundan başqa, 30 yanvar 2025-ci ildə AQİF Şurası iki iri investisiya layihəsini təsdiqləyib. Onlardan biri 9 Mvt gücündə kiçik su elektrik stansiyasının tikintisi, ikinci layihə isə çox-funksionalı mərkəzin inşasıdır. Bu iki layihənin ümumi maliyyəsi 12,4 milyon ABŞ dolları həcmindədir. Hər iki layihənin Qırğızıstan ərazisində həyata keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Azərbaycan Hökuməti və Qırğızıstan Nazirlər Kabineti arasında 11 oktyabr 2022-ci il tarixində imzalanmış və nizamnamə kapitalı 25 milyon ABŞ dolları olan saziş əsasında təsis olunub. Fondun fəaliyyəti iki ölkə arasında iqtisadi əməkdaşlığa dəstəyə yönəlib. Qırğızıstan prezidenti Sadır Japarovun 24 aprel 2024-cü ildə Bakıya rəsmi səfəri zamanı fondun nizamnamə kapitalının 100 milyon ABŞ dollarına qədər qaldırılmasını nəzərdə tutan əlavə saziş imzalanıb.