Ermənistan parlamentinin spikeri Azərbaycanla hərbi münaqişə riskini qiymətləndirib

Hazırda Ermənistanla Azərbaycan arasında hərbi münaqişə riski minimal səviyyədədir.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

 

“Azərbaycanla müharibə riskləri minimaldır və biz bu risklərin tam neytrallaşdırılması üzərində işləməliyik”, – deyə o vurğulayıb.

Simonyan Ermənistan hökumətinin bu istiqamətdə “praktiki addımlar atdığını” əlavə edib.