Suriya, Əfqanıstan, İraqdan repatriasiya edilən vətəndaşlarla işlər aparılır

Son 5 ildə repatriasiya işləri çərçivəsində 556 nəfərlə iş aparılıb.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, onlardan 489-u uşaq, 65-i qadın, 2-si kişidir:

"Suriya, Əfqanıstan, İraqdan repatriasiya edilən vətəndaşlarla işlər aparılır".