"Sputnik Azərbaycan” işinə görə saxlanılan şəxslərlə bağlı məhkəmə keçirilir (YENİLƏNİB)

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərlə bağlı məhkəmə keçirilir.

Trend xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların barəsində qətimkan tədbirinin seçilməsi haqqında təqdimatlara baxılır.

xxx

17:15

 

Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində saxlanılan “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıxın və şef redaktoru Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

Trend-in məlumatına görə, təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Xəbər yenilənəcək