Zəngəzur dəhlizinə çox böyük önəm veririk - Türkiyəli nümayəndə

İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan geniş iş imkanları təklif edir.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Palatalar və Birjalar Birliyinin Birinci vitse-prezidenti Ali Kopuz Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Zəngəzur dəhlizinə çox böyük önəm verir:

 

“Bu layihənin həyata keçirilməsi ilə şərqdən qərbə hər kəsin istifadə edəcəyi dəhliz istifafəyə veriləcək”.

Ali Kopuz həmçinin, İƏT-in qarşısında duran problemlərdən də söz açıb:

“Bölgəmizdə logistika ilə bağlı problemlər var. Viza problemi də davam edir. Ticarətin genişlənməsini təmin etmək, iş şəraitini yaxşılaşdırmaq lazımdır. İnvestisiya yatırımçılarını cəlb etməliyik”.