Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.

Trend xəbər verir ki, dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdirdilər.

Bildirildi ki, hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılıb.