Xamenei Laricanini öz nümayəndəsi təyin etdi

İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini qeyd olunan şurada öz nümayəndəsi olaraq təyin edib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

 

Məlumata görə, bu təyinat İran Konstitusiyasının 176-cı maddəsinə əsasən gerçəkləşib.

Qeyd edək ki, İranın Ali Liderinin müşaviri və sabiq parlament sədri Əli Laricani 5 avqustda İran prezidenti Məsud Pezeşkian tərəfindən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.