Tokayevlə yaxşı söhbət etdim, Qazaxıstana səfər edə bilərəm - Tramp

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə “gözəl söhbət” etdiyini və ölkəyə səfər ehtimalını istisna etmədiyini bildirib.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Tramp jurnalistlərin Astanaya mümkün səfərlə bağlı sualını cavablandırarkən:
“Mən bunu edə bilərəm”, – deyə cavab verib.

Amerika lideri Tokayev barədə danışarkən əlavə edib: “Onunla əla söhbət etdim. Ona salam deyin. O, yaxşı insandır”.

Tramp bu açıqlamanı ABŞ Açıq tennis çempionatının kişilər arasında finalına yola düşməzdən əvvəl Cənubi Qazonda jurnalistlərə verib.