Avropa Parlamenti Ursula fon der Lyayenə etimadsızlıq qətnamələrini rədd edib

Avropa Parlamenti Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə qarşı irəli sürülmüş hər iki etimadsızlıq qətnaməsini rədd edib.

AZƏRTAC xəbər verir ki, Strasburqdakı plenar iclasda keçirilən səsvermə Avropa Parlamentinin saytında canlı yayımlanıb. Qətnamələrdə Ursula fon der Lyayenin idarəetmə üslubu və bir sıra qərarları tənqid olunub, həmçinin onun istefası tələb edilib.

Etimadsızlıq votumu ilə bağlı təşəbbüslər əsasən Avropa Parlamentindəki müxtəlif siyasi qruplar tərəfindən irəli sürülüb. Lakin sənədlər kifayət qədər dəstək qazanmadığı üçün qəbul olunmayıb.

Xatırladaq ki, Avropa Parlamenti bundan öncə də, iyulun 10-da Ursula fon der Lyayenə qarşı etimadsızlıq səsverməsini rədd etmişdi.