Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Cənubi Koreyanın Busan şəhərində keçirilən danışıqlar yekunlaşıb.
Trend xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Görüş təxminən bir saat 40 dəqiqə davam edib.
xxx
07:35
Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin və ABŞ-nin yalnız öz xalqlarının deyil, həm də dünyanın rifahı üçün daha mənalı və konkret nəticələrə yönəlmiş əməkdaşlıq qurmalı olduğunu bildirib.
Trend xəbər verir ki, bu fikri Si Cinpin Cənubi Koreyaya dövlət səfəri və Qyenjou şəhərində keçirilən 32-ci APEC İqtisadi Liderlərinin Görüşündə iştirak etdikdən sonra ABŞ Prezidenti Donald Trampla görüşü zamanı səsləndirib.
Si Cinpin Trampın regional münaqişələrin həllinə göstərdiyi fəallığı yüksək qiymətləndirib və vurğulayıb ki, Çin bu məsələlərin dinc danışıqlar yolu ilə həllini dəstəkləyir.
Çin lideri əlavə edib ki, hazırda dünya mürəkkəb problemlərlə üzləşib və belə bir şəraitdə Çin və ABŞ kimi aparıcı qlobal güclər bu çətinliklərin aradan qaldırılması üçün birgə məsuliyyət daşıyırlar.
xxx
06:04
ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü artıq başlayıb.
Trend xəbər verir ki, bu barədə Tramp sosial media hesabında məlumat verib.
xxx
02:30
ABŞ Prezidenti Donald Tramp yaxın saatlarda Cənubi Koreyada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.
Trend xəbər verir ki, bu barədə Tramp sosial media hesabında məlumat verib.
“Si Cinpinlə görüşü səbirsizliklə gözləyirəm. Bu, bir neçə saatdan sonra baş tutacaq”, – deyə ABŞ lideri bildirib.