Tramp gələn həftə Çinə səfərinin qüvvədə olduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp gələn həftə Çinə səfərinin hələ də qüvvədə olduğunu açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“Sədr Si Cinpin ilə görüşəcəyik. Düşünürəm ki, bu, olduqca möhtəşəm olacaq. O, mənim dostum olub. İllərdir onunla çox yaxşı yola getmişəm”,- deyə Tramp bildirib.

Qeyd edək ki, Trampın Çinə səfər mayın 14-15-nə nəzərdə tutulub.