Çin ABŞ və İran arasındakı münaqişəni həll etmək üçün səylər göstərir - Van İ

Çin hakimiyyəti İran və ABŞ arasındakı münaqişəni həll etmək üçün səylərini davam etdirir.

Trend-in məlumatına görə, bu barədə Çin xarici işlər naziri Van İ deyib.

Onun sözlərinə görə, sülhün bərpası üçün hələ də ümid var.

 

"Çin mövcud münaqişənin həlli üçün daim səylər göstərir. Hazırkı vəziyyətdə ABŞ və İran arasında danışıqlar çox vacibdir", - deyə o bildirib.

Vanq İ uzun müddətdir davam edən fikir ayrılıqlarının "bir gecədə həll edilə bilməyəcəyini", lakin "danışıqlarda irəliyə doğru atılan hər addımın sülhə daha çox ümid verdiyini" qeyd edib. Nazir bildirib ki, münaqişə nə qədər tez başa çatsa, mülki itkilər bir o qədər az olacaq.