ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla qarşılıqlı anlaşma memorandumunun imzalanması üçün əvvəlcədən planlaşdırıldığı kimi İsveçrəyə səfər etməyəcək.
Bu barədə Ağ Evin nümayəndəsi məlumat verib.
“Hazırda vitse-prezident bu axşam yola düşmür. Növbəti addımla bağlı konkret məlumat əldə edən kimi sizi məlumatlandıracağıq”, - deyə Ağ Ev nümayəndəsinin bəyanatında bildirilib.
Prezident Administrasiyası əlavə edib ki, “texniki danışıqların mümkün qədər tez başlamasını səbirsizliklə gözləyirik”.
Eyni zamanda qeyd olunub ki, qarşıdakı texniki danışıqların planı hələ razılaşdırılmayıb və ABŞ nümayəndə heyəti ilk fürsətdə yola düşməyə hazırdır.