Belarus Prezidenti Aleksandr Lukaşenko Çində səfərdədir

Belarus Prezidenti Aleksandr Lukaşenko Çinə səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb.

Səfər çərçivəsində iyunun 29-da Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü olub.

Qeyd edək ki, ötən həftə Rusiyada səfərdə olan Belarus lideri Prezident Vladimir Putinlə də danışıqlar aparıb.