Mişustin və Paşinyan Rusiya-Ermənistan əməkdaşlığını müzakirə ediblər

Rusiya Hökumətinin sədri Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon danışığı aparıb. Söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

AZƏRTAC Rusiya hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hökumət başçıları Rusiya-Ermənistan iqtisadi-ticari, elmi-texnoloji, mədəni və humanitar sahələrdə əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.