ABŞ qüvvələri İrana qarşı güclü zərbələr endirməyə başlayıb (YENİLƏNİB)

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri iyulun 7-də İrana qarşı növbəti hücum əməliyyatını başa çatdırıb və İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə son hücumlarına dərhal cavab olaraq yüksək dəqiqlikli sursatlarla 80-dən çox hədəfi vurub.

Bu barədə Komandanlığın açıqlamasında bildirilib.

ABŞ qüvvələri İranın hava hücumundan müdafiə sistemlərinə, komanda-idarəetmə şəbəkələrinə, sahil radar məntəqələrinə, gəmi əleyhinə raket imkanlarına, eləcə də boğazda və onun yaxınlığında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik qayığa zərbələr endirib. Məqsəd İranın beynəlxalq ticarət dəhlizi ilə hərəkət edən kommersiya gəmilərinə hücum imkanlarını zəiflətmək olub.

XXX

01:48

 

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri beynəlxalq su yolunda günahsız mülki şəxslərin heyəti ilə hərəkət edən kommersiya gəmilərini hədəfə alıb onlara hücum etdiyinə görə İrana ciddi itkilər vermək məqsədilə bir sıra güclü zərbələr endirməyə başlayıb.

Bu barədə Komandanlığın açıqlamasında bildirilib.

ABŞ-nin zərbələri İranın Hörmüz boğazından keçən üç kommersiya gəmisinə hücumuna cavab olaraq həyata keçirilir.

İranın nümayiş etdirdiyi təcavüz əsassız, təhlükəli və atəşkəs rejiminin açıq şəkildə pozulması kimi dəyərləndirilib.