CENTCOM İrana endirilən zərbələrin yeddinci dalğasının başa çatdığını açıqlayıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana endirdiyi zərbələrin yeddinci dalğasını yekunlaşdırdığını elan edib.

Bu barədə CENTCOM-un rəsmi bəyanatında qeyd olunub.

Bəyanata görə, son hücum dalğasında ABŞ ordusunun qırıcıları, pilotsuz uçuş aparatları, hərbi gəmiləri və digər hərbi vasitələrindən istifadə olunub, İrana aid müşahidə obyektləri, hərbi maddi-texniki təchizat infrastrukturu, yeraltı silah-sursat anbarları və dəniz hədəfləri vurulub.

00:14

xxx

ABŞ Silahlı Qüvvələri İran ərazisində yerləşən obyektlərə qarşı növbəti zərbələr seriyasına başlayıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"CENTCOM ardıcıl yeddinci gecədir ki, İrana qarşı yeni zərbələr seriyasına başlayıb. Bu zərbələrin məqsədi İranın hərbi potensialını daha da zəiflətməkdir", - deyə komandanlığın "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib.