ABŞ-nin İraqdakı konsulluğuna dron hücumu olub

İraqın Ərbil şəhərində hava hücumlarından müdafiə sistemləri ABŞ-nin konssulluq binasını hədəfə alan dörd pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Bu barədə İraqın “Shafaq News” xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

“Ərbil şəhərində Amerika konsulluğuna hücum etməyə çalışan dörd PUA vurulub”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, PUA-lar Ərbil beynəlxalq hava limanında qurulmuş zenit-raket kompleksləri tərəfindən zərərsizləşdirilib.